“Əsrə bərabər
gün”
Akademik Milli Dram Teatrının səhnəsində iki
gün premyera
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrı Milli Teatr Gününü premyera ilə
qarşılayıb. Dünyaşöhrətli
qırğız yazıçısı Çingiz Aytmatovun
“Gün var əsrə bərabər” romanı əsasında
hazırlanan tamaşanın premyerası 9-10 mart tarixlərində
keçirilib.
“Əsrə bərabər gün” adlı səhnə
əsərinin müəllifi və quruluşçu rejissoru
Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə,
quruluşçu rəssamı Əməkdar mədəniyyət
işçisi İlham Əsgərovdur.
Tamaşa Boranlı stansiyasındakı dəmiryolçu
Yedigeyin dostu Qazanqapın cənazəsini qədim yurd yeri olan
Ana-beyitdə dəfn etmək üçün
çıxdığı yoldan başlayır.
Əcdadlarının uyuduğu Ana-beyitin yerində Baykonur
kosmodromu salındığı üçün Boranlı
camaatı oraya buraxılmır. Əsərdə bu hadisə –
Ana-beyitə gedən yolun bağlanması kosmik stansiyanın
salınması səbəbi ilə əlaqələndirilsə
də, tamaşada bu, əcdadlarına, torpağına sahiblik
hissinin olmaması kimi də dəyərləndirilir.
Oğullar atalarını, analarını tanımırlarsa,
torpaq da onları qəbul etmir. Belə insanların heç
sonsuz kainatda da yeri olmayacaq.
Tamaşa “giriş qadağandır” əmri ilə
yaranmış kolliziya ətrafında keçmiş rəvayətdən
gələcək yerdənkənar sivilizasiyaya qədər
olan yolun bərpası cəhdi kontekstində qurulub. Səhnə
əsərinin aktyor heyətində Xalq artistləri Nurəddin
Mehdixanlı, Əli Nur, Laləzar Mustafayeva, Cəfər Namiq
Kamal, Bəsti Cəfərova, Rafiq Əzimov, Hacı
İsmayılov, Sabir Məmmədov, Əməkdar artistlər
Abbas Qəhrəmanov, Elşən Rüstəmov, Anar Heybətov,
Vəfa Rzayeva, Ayşad Məmmədov, Elxan Quliyev, Mirzə
Ağabəyli, Əminə Babayeva, Rövşən Kərimduxt,
Aslan Şirin, Elşən Cəbrayılov, Mətləb
Abdullayev, Rəşad Bəxtiyarov, Məzahir Cəlilov,
Əlvida Cəfərov, Kazım Həsənquliyev, Elşən
Cəbrayılov, Almaz Amanova və başqaları yer alıb.
Mədəniyyət .- 2024.- 13 mart(¹20).- S.5.