Şəki teatrında uşaqlar
üçün yeni tamaşa
Şəki Dövlət Dram Teatrında Novruz
bayramı münasibətilə uşaqlar üçün
dramaturq Mehman Musabəylinin “Ana keçi ilə canavarın
davası” ssenarisi əsasında nağıl-tamaşa
hazırlanır.
Teatrdan bildirilib ki, tamaşanın quruluşçu
rejissoru və baletmeysteri Elvin Nuri, quruluşçu rəssamı
Mənsur Əzizli, geyim üzrə rəssamı Günay
Hidayətova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.
Rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Xəyal
Salahov, Rəşad Rüstəmov, Qurban Rəsulov, Nərmin
Abbasova, Nazilə İmamhüseynova, Fidan Lətifova, Günay
Novruzəliyeva, Rəsul Məmmədrəhimov, Gülxar
İmamhüseynova, Rəşid Mirizadə, Nuranə Mirzəliyeva,
Pərviz İsmayılov, Elvin Mabudov, Azad Məmmədov, Nərmin
Nəbiyeva və Aytac İsmayılova ifa edirlər.
Səhnə əsəri martın 19-dan 26-dək
(gün ərzində üç seans) nümayiş olunacaq.
Mədəniyyət .- 2024.- 6 mart(№18).- S.4.