“Ana təbiəti
qoruyaq!”
Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyi və
Xaçmaz “Panda School”un birgə təşkilatçılığı
ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə
həsr olunmuş “Ana təbiəti qoruyaq!” adlı sərgi
keçirilib.
Çıxışlarda qeyd olunub ki, bu gün bəşəriyyəti
ən çox narahat edən məsələlərdən biri
də ətraf mühit problemidir. Bu problemə qarşı
mübarizəyə diqqətin artırılması, beynəlxalq
həmrəyliyin gücləndirilməsi məqsədilə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
2024-cü ili ölkəmizdə “Yaşıl dünya naminə
həmrəylik ili” elan edib. Prezidentin bununla bağlı sərəncamı
Azərbaycanın qlobal təşəbbüslərə ilk
qoşulan ölkələrin sırasında olduğunu bir
daha sübut edir.
Tədbir iştirakçıları sərgi ilə
tanış olublar.
***
Ağdam rayon MKS-nin Mərkəzi Kitabxanası
(Quzanlı qəsəbəsi) “Yaşıl dünya naminə
həmrəylik ili” münasibətilə orta məktəb
şagirdləri ilə tədbir keçirib. Tədbir
zamanı kitabxananın əməkdaşları tərəfindən
məktəblilərə ölkəmizdə ətraf
mühitin qorunması istiqamətində atılan addımlar
haqqında məlumat verilib.
Şagirdlər “Yaşıl dünya naminə həmrəylik
ili” adlı sərgiyə baxıblar.
Mədəniyyət .- 2024.-6 mart(¹18).- S.4.