Maarifləndirici tədbirlər
Lerik Rayon İcra Hakimiyyəti, rayon Polis şöbəsi,
Mədəniyyət Mərkəzi və Təhsil sektorunun birgə
təşkilatçılığı ilə Lerik şəhər
Arif Nuriyev adına 1 nömrəli texniki fənlər təmayüllü
məktəb-liseydə narkomaniya ilə mübarizə
mövzusunda maarifləndirici tədbir keçirilib.
Çıxışlarda bildirilib ki, sağlam nəslin
formalaşması ölkəmiz üçün
başlıca vəzifələrdən biridir. Narkomaniya ilə
mübarizə üçün bu sahədə maarifləndirmə
işi də lazımi səviyyədə qurulmalıdır.
***
Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı
ilə Quba rayon MKS-nin Mərkəzi Kitabxanası tərəfindən
“Fövqəladə hallarda həyat təhlükəsizliyinin
təmin edilməsi” adlı maarifləndirici tədbir
keçirilib. Çıxışlarda fövqəladə
halların təsnifatı, ölkəmiz üçün
xarakterik olan fövqəladə hallar, o cümlədən
yanğınların başvermə səbəbləri,
elektrik təsərrüfatında yanğın təhlükəsizliyi,
məişətdə qazdan təhlükəsiz istifadə,
ildırım, sel və daşqın zamanı zəruri
davranış qaydaları barədə ətraflı məlumat
verilib.
***
Mərkəzi Aran RMİ-nin təşkilatçılığı
ilə Ağdaş rayon Heydər Əliyev Mərkəzində
Ümumdünya Mülki Müdafiə Günü (1 mart) ilə
əlaqədar “Mülki müdafiə sahəsində innovativ
texnologiyalar” mövzusunda tədbir keçirilib. Mülki
müdafiə tədbirləri, bu sahədə Fövqəladə
Hallar Nazirliyinin vəzifələri, fəaliyyəti
haqqında çıxışlar olub. İştirakçıları
maraqlandıran suallar cavablandırılıb.
Mədəniyyət .- 2024.-6 mart(¹18).- S.4.