Baharın görüşləri” – yeni layihə

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Baharın görüşləri” adlı yeni layihə həyata keçirilir. Layihə çərçivəsində Suraxanı rayon Heydər Əliyev Mərkəzində müğənni Xatun Əliyeva ilə görüş təşkil olunub.

Görüşdə idarə və müəssisələrin əməkdaşları, mədəniyyət işçiləri, şəhid ailələrinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Aparıcı tədbiri açıq elan edərək Od çərşənbəsi münasibətilə iştirakçılara təbriklərini çatdırıb, müğənni haqqında məlumat verib. 

Xatun Əliyeva “Tənhayam”, “Çıxma qarşıma”, “Səndən ötrü”, “Sən gəlmədin”,  “Qayınana” kimi mahnılarını səsləndirib və tamaşaçıların ona ünvanladığı sualları cavablandırıb.

Görüş müğənninin ifasında “Azərbaycan” mahnısı ilə sona çatıb. Musiqiçinin çıxışı alqışlarla qarşılanıb.

 

Mədəniyyət .- 2024.- 6 mart(¹18).-S.2.