İşgüzar
turizm imkanlarımız Türkiyənin turizm təmsilçilərinə
təqdim olunub
Azərbaycan Turizm Bürosu və “Absheron Hotel Group” 29
fevral – 3 mart tarixlərində Türkiyədən olan 13 turizm
sənayesi nümayəndəsinin Bakı şəhərinə
işgüzar turizm üzrə tanıtım səfərini təşkil
edib.
Səfərin təşkilində məqsəd Azərbaycanın
işgüzar turizm imkanlarını tanıtmaq, təbliğ
etmək və işgüzar məqsədlərlə Azərbaycana
səfər edəcək sənaye üzvlərinin
sayını artırmaqdır.
Tanıtım səfəri çərçivəsində
Türkiyə turizm sənayesi nümayəndələrinin
30-a yaxın azərbaycanlı həmkarı arasında B2B
formatında görüşlər keçirilib.
Bundan əlavə, iştirakçıların
Bakı Konqres Mərkəzi, Heydər Əliyev Mərkəzi,
“İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu və “Atəşgah məbədi”
Dövlət Tarix-Memarlıq Qoruğuna ziyarətləri təşkil
olunub.
Mədəniyyət .- 2024.- 6 mart(¹18).-S.2.