Rəsulzadə və
Türk dünyası – İstanbulda yubiley tədbiri
Martın 5-də İstanbul Universitetində “Məhəmməd
Əmin Rəsulzadə və Türk dünyası”
mövzusunda tədbir keçirilib.
Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi
haqqında Prezident İlham Əliyevin sərəncamına əsasən
təşkil olunan tədbirdə görkəmli ictimai-siyasi
xadimin həyat və fəaliyyətindən, milli istiqlal
uğrunda mübarizəsindən danışılıb, onun
Azərbaycanın ictimai-fikir tarixində yeri və rolundan
söz açılıb.
Bildirilib ki, XIX əsrin sonu – XX yüzilliyin əvvəllərində
Azərbaycan bir sıra görkəmli şəxsiyyətlər
yetişdirib, bu insanların gələcək nəsillərə
örnək olacaq mübarizə yolu hər zaman yaddaşlarda
yaşayacaq.
Tədbirdə “Rəsulzadə ev-muzeyi” ictimai qrupunun rəhbəri,
tarix elmləri doktoru, professor Solmaz Rüstəmova, Türkiyənin
Yeditepe Universitetinin professoru İbrahim Yıldırım,
Türk Ocaqları İstanbul şöbəsinin rəhbəri
Cezmi Bayram, Azərbaycan “Türk Ocağı”nın rəhbəri
Akif Aşırlı və başqaları
çıxış ediblər.
“VMF Holdinq”in başçısı Vahid Mustafayev Rəsulzadənin
virtual ev-muzeyini əks etdirən saytı təqdim edib.
Tədbir Türkiyə-Azərbaycan Dərnəkləri
Federasiyası (TADEF), İstanbul Universitetinin Ədəbiyyat
fakültəsi və “Rəsulzadə ev-muzeyi” ictimai qrupunun
birgə təşkilatçılığı ilə
keçirilib.
Mədəniyyət .- 2024.- 6 mart(¹18).-S.2.