“Dinlərarası
harmoniya” festivalı
Azərbaycanda fəaliyyət göstərən dini
qurumların təşkilatçılığı ilə
martın 8-də “Dinlərarası harmoniya” festivalı
keçiriləcək.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən
bildiriblər ki, ölkəmizdə mənəvi dəyərlərin,
tolerant və multikultural ənənələrin
inkişafı və təbliği məqsədilə
keçirilən festivalda Qafqaz Müsəlmanları İdarəsi,
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan
Yeparxiyası, Dağ və Avropa yəhudiləri, Roma Katolik
Kilsəsinin Apostol Prefekturası, Azərbaycan Bibliya Cəmiyyəti,
Azərbaycan Bəhailəri Dini Mərkəzi, Krişna
Şüuru və digər dini qurumların fəaliyyətini əks
etdirən təqdimatlar olacaq. Tədbirdə fotosərgi, sənədli
filmlər, videoçarxlar və musiqi proqramı
nümayiş olunacaq.
Festivala martın 8-9-da Bakıda keçiriləcək
“Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə
mübarizə” adlı konfransda iştirak edəcək xarici
qonaqlar da qatılacaq.
Mədəniyyət .- 2024.- 6 mart(¹18).-S.2.