Mədəniyyətimizin
böyük hamisi
Ümummilli lider Heydər Əliyev böyük siyasətdə
olduğu bir qərinədən artıq dövrdə,
doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər,
mədəni irsimizin qorunması və zənginləşdirilməsi,
milli incəsənətin, ədəbiyyatın
inkişafı, respublikada mədəni-maarif işinin
qabaqcıl səviyyədə təşkili sahəsində
müstəsna xidmətlər göstərib. O hər zaman və
hər yerdə Azərbaycan mədəniyyətinin
böyük hamisi olub. 2023-cü ilin yanvarında dərcinə
başladığımız və son bölümünü
təqdim etdiyimiz illərin xronikasından seçmələr
bunun sübutudur...
(əvvəli ötən sayımızda)
2003-cü il 20 mart
Prezident Heydər Əliyev Bakıda Novruz bayramı
münasibətilə keçirilən ümumxalq şənliyində
iştirak edib.
2003-cü il 29 mart
Müslüm Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasının binasında aparılan təmir-bərpa
işlərinin gedişi ilə tanış olub. Binada milli
memarlıq üslublarının qorunub saxlanılması
işlərinə xüsusi diqqət yetirib.
2003-cü il 18 aprel
Prezident Sarayında “Qara nişanə” bədii filminin
yaradıcı kollektivini qəbul edib. Görüşdə məlumat
verilib ki, rejissor Vaqif Mustàfàyåvin çəkdiyi film Sovet
İttifaqının son illərində keçmiş müttəfiq
respublikalarda, o cümlədən Azərbaycanda baş verən
tarixi hadisələr haqqındadır. Heydər Əliyev filmdə
bir sıra ölkələrin artistlərinin yer almasından məmnunluğunu
bildirib.
2003-cü il 21 aprel
Respublika Sarayında Cəmşid Naxçıvanski
adına Hərbi liseyin 30 illiyinə həsr olunmuş təntənəli
mərasimidə nitq söyləyən zaman səhhəti anidən
pisləşib. Bununla belə, o, yenidən səhnəyə
qayıdıb və nitqini tamamlayıb. Bu, Heydər
Əliyevin geniş auditoriya qarşısında son nitqi idi.
May ayının 4-dən 12-dək Heydər Əliyev
Ankarada, “Gülhanə” Hərbi Tibb Akademiyasında müalicə
kursu keçib.
2003-cü il 23 may
Yazıçı-publisist Elmira Axundovaya yubileyi (50
yaş) münasibətilə təbrik ünvanlayıb.
2003-cü il 27 may
Azərbaycan Xalq Cümhuriyyətinin 85 illiyi münasibətilə
Azərbaycan xalqına müraciət edib. Müraciətdən
sitat:“...Biz Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun
görkəmli şəxsiyyətlərinin fəaliyyətini
dərindən öyrənməli, ideyalarını təbliğ
etməliyik. Cümhuriyyətin tarixi təcrübəsi
göstərir ki, dövlət müstəqilliyini və
suverenliyi əldə etmək kifayət deyil, həm də onu
bütün vasitələrlə qorumaq və möhkəmləndirmək
lazımdır. İndiki Azərbaycan dövlətinin yeritdiyi
siyasət, qazanılan uğurlar belə bir fikri əminliklə
söyləməyə əsas verir ki, Xalq Cümhuriyyəti
dövründə itirdiyimiz müstəqilliyi bir də
heç zaman əldən verməyəcək, onu qoruyub
saxlayacaq, dönməz, sarsılmaz və əbədi edəcəyik...”.
2003-cü il 29 may
Azərbaycan ədəbiyyatının
inkişafindakı böyük xidmətlərinə görə
Elçin Əfəndiyevin “İstiqlal” ordeni ilə təltif
edilməsi haqqında fərman imzalayıb. Xalq
yazıçısını 60 illik yubileyi münasibətilə
təbrik edib.
2003-cü il 16 iyun
Prezident Sarayında Azərbaycan Rəssamlıq
Akademiyasının rektoru Xalq rəssamı Ömər Eldarovu
qəbul edib. Akademiyanın binasında yenidənqurma işləri
ilə bağlı əlavə vəsaitin ayrılması barədə
tapşırıq verib.
2003-cü il 21 iyun
Mədəniyyət siyasəti üzrə milli
debatların iştirakçılarına müraciət
ünvanlayıb. Sitat: “İnanıram ki, milli debatlar ölkəmizdə
mədəniyyət siyasətinə dair strateji planların
işlənib hazırlanmasına, bu sahədə dövlət
və qeyri-hökumət təşkilatları arasında əlaqələrin
inkişaf etdirilməsinə, informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi işinin təkmilləşdirilməsinə
səmərəli təsir göstərəcəkdir”.
2003-cü il 5 iyul
Azərbaycan aşıq sənətinin
inkişafında böyük xidmətləri olan Aşıq
Şəmşirin (Şəmşir Qurban oğlu Qocayev) 110
illik yubileyi haqqında sərəncam imzalayıb. Sərəncamla
Xanlar (indiki Göygöl) rayonundakı musiqi məktəbinə
Aşıq Şəmşirin adı verilib.
Səhnə fəaliyyəti ilə bağlı incəsənət
xadimlərinə Prezident mükafatlarının verilməsi
haqqında sərəncam imzalayıb.
Rusiya-Azərbaycan mədəni əlaqələrinin
möhkəmləndirilməsindəki xidmətlərinə
görə Tamara Sinyavskayanın “Şöhrət” ordeni ilə
təltif edilməsi haqqında fərman imzalayıb.
T.Sinyavskayanı 60 illik yubileyi münasibətilə təbrik
edib.
2003-cü il 8 iyul
“Gülhanə” Hərbi Tibb Akademiyasında müayinədən
keçmək üçün Ankaraya yola düşüb.
2003-cü il 6 avqust
Müalicəsini davam etdirmək üçün
Ankaradan ABŞ-nin Klivlend şəhərinə gedib.
***
Avqust – oktyabr aylarında yubileyləri münasibətilə
mədəniyyət, ədəbiyyat xadimlərinə Heydər
Əliyevin təbrik məktubları göndərilib: Xalq
artisti Yuli Qusman (4 avqust); Əməkdar incəsənət
xadimi Vaqif Mustafayev (27 avqust); Dağıstanın Xalq şairi
Rəsul Həmzətov (8 sentyabr); Xalq artisti Arif Məlikov (12
sentyabr); Turan xanım Cavid (1 oktyabr); Xalq şairi Məmməd
Araz (13 oktyabr).
2003-cü il 1 oktyabr
Azərbaycan xalqına müraciətində 15 oktyabr
prezident seçkilərində iştirak edə bilməyəcəyini
və namizədliyini İlham Əliyevin xeyrinə geri
götürdüyünü bəyan edib. Müraciətdən
sitat: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim
taleyüklü məsələləri, planları, işləri
sizin köməyiniz və dəstəyinizlə İlham
Əliyev başa çatdıra biləcək. Mən ona
özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm...”.
2003-cü il 12 dekabr
Heydər Əliyev Klivlend klinikasında vəfat edib.
2003-cü il 15 dekabr
Respublika Sarayında Heydər Əliyevlə vida mərasimi
keçirilib. Heydər Əliyev Fəxri xiyabanda dəfn
olunub. Ruhu şad olsun...
Hazırladı: V. Orxan
(son)
Mədəniyyət .- 2024.- 6 mart(¹18).-S.5.