“Mədəniyyətə
könül ver!”
Gəncə şəhər Heydər Əliyev Mərkəzində
“Mədəniyyət Könüllüləri” İctimai
Birliyi və Gəncə-Daşkəsən RMİ-nin
könüllülərinin “Mədəniyyətə
könül ver!” devizi altında görüşü
keçirilib.
Gəncə-Daşkəsən RMİ Mədəniyyət
müəssisələri ilə iş sektorunun müdiri Nurəddin
Babazadə, Gəncə Dövlət Filarmoniyasının
direktoru Əməkdar artist Ramil Qasımov, KOBİA-nın əməkdaşı
Anar Əliyev və “Mədəniyyət Könüllüləri”
İB-nin sədri Ülviyyə Bəbirli
çıxış ediblər. Mədəniyyət sahəsində
könüllülüyün əhəmiyyətindən bəhs
edilib, gənclərimizin bu prosesdə aktiv
iştirakının təqdirəlayiq olduğu bildirilib.
Görüşdən sonra Nizami Gəncəvinin məqbərəsi
və muzeyi ziyarət edilib. Gəncə Dövlət
Filarmoniyasında gəncəli mədəniyyət
könüllüləri tərəfindən
hazırlanmış “Novruz şənliyi” tamaşası təqdim
edilib.
Mədəniyyət .- 2024.- 19 mart(¹21-22).-S.4.