“Sabaha boylanan
düha”
Cəfər Cabbarlının 125 illiyi ilə
bağlı tədbirlər keçirilib
Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı
ilə Quba rayon MKS-nin Mərkəzi Kitabxanasında
C.Cabbarlının yubileyinə həsr olunan “Sabaha boylanan
düha” adlı tədbir keçirilib. Tədbirin sonunda “Cəfər
Cabbarlı – 125” adlı kitab sərgisinə baxış olub.
***
Sumqayıt Gənclər Kitabxanasında Laçın
rayonu Məzahir İsmayılov adına Cicimli kənd orta məktəbinin
şagird və müəllim heyətinin iştirakı ilə
böyük yazıçı və dramaturq Cəfər
Cabbarlının (1899–1934) 125 illiyi münasibətilə tədbir
keçirilib. Tədbir sözləri C.Cabbarlıya məxsus
olan “Ölkəm” romansının səsləndirilməsi ilə
başlayıb. Qeyd olunub ki, Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, şair,
yazıçı, dramaturq, ssenarist, tərcüməçi,
publisist, teatrşünas kimi çoxcəhətli fəaliyyəti
ilə ədəbiyyat və mədəniyyət salnaməmizdə
silinməz iz qoyub.
***
Lerik rayon Mərkəzi Kitabxanasında “Cəfər
Cabbarlı və Azərbaycan ədəbiyyatı”
mövzusunda tədbir təşkil edilib.
Mədəniyyət .- 2024.- 19 mart(¹21-22).-S.4.