BMT də islamofobiya təzahürlərindən
narahatdır
Dünyada islamofobiya təzahürlərinin sayı
qorxulu həddə çatıb. Bu barədə BMT-nin məruzəçilərinin
15 mart – İslamofobiya ilə Beynəlxalq Mübarizə
Günü münasibətilə yaydığı bəyanatda
bildirilir.
“Din və ya inanca əsaslanan təqib, hədə-qorxu,
zorakılıq və təhrik əməlləri bütün
dünyada, o cümlədən müsəlmanlara qarşı
qorxuducu həddə çatıb... Dünyanın hər
yerində məscidlərə, mədəniyyət mərkəzlərinə,
məktəblərə və hətta onların sahib
olduğu şəxsi mülkiyyətə hücumların
şahidi olmuşuq”, – deyə bəyanatda vurğulanır.
Bundan əlavə, BMT “Quran” kitablarının kütlə
qarşısında yandırılmasını pisləyib və
həmçinin dövlətləri dini nifrət təbliğatını
qadağan etməyə çağırıb.
Qeyd olunur ki, seçkilər ərəfəsində
bir çox ölkələrdə dövlət və
qeyri-dövlət subyektləri dini gərginliyi
qızışdırır və siyasi üstünlük əldə
etmək üçün müsəlman azlıqlara
qarşı ayrı-seçkilik yaradan siyasəti təbliğ
edirlər. Bəyanatda həmçinin İsrailin Ramazan
ayı ərzində Qəzzaya humanitar yardımı məhdudlaşdırmaq
və Qüdsdəki Əl-Əqsa məscidini ziyarət etmək
istəyən möminlərin girişini məhdudlaşdırmaq
siyasəti tənqid edilir.
Mədəniyyət .- 2024.- 19 mart(¹21-22).-S.8.