“Keşikçidağda
Novruz ənənələri”
“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət
Qoruğunda Novruz bayramına həsr olunan tədbir
keçirilib.
“Keşikçidağda Novruz ənənələri”
adlı tədbir saz, qarazurna, nağara, ud alətlərinin sədaları
altında Kosa, Keçəl, Bahar qızı və milli
geyimli gənclərin xüsusi bəzədilmiş Dilbaz
atları ilə məclisə gəlişi ilə
başlayıb. Daha sonra Keşikçidağ kurqanlar vadisindən
aşkarlanmış Son Tunc – Erkən Dəmir dövrünə
aid artefaktlardan ibarət sərgi, həmçinin Novruz
atributları ilə bəzədilmiş dekorasiyalarla və
alaçıqlarla tanışlıq olub.
Tütək sədaları altında qoyunların
ağıla gətirilməsi, milli geyimdə çiyinlərində
səhənglə bulaqdan su gətirən qızların rəqsi,
xalq oyunlarından olan “Sayaçı”nın nümayişi, gənc
qızların haxışta, bayatı söyləməsi, “Səməni”
və “Tərəkəmə” rəqslərinin ifası tədbirə
xüsusi rəng qatıb.
Tədbir “Badam bağı”nda ağacəkmə
aksiyası ilə başa çatıb.
Mədəniyyət .- 2024.- 19 mart(¹21-22).-S.4.