Bu Jorj yaman Jorj…
Bakı Uşaq və Gənclər Teatrının
“Arvadım ol” tamaşasının premyerası
Bəzən bircə əsər kifayətdir ki, onun
müəllifinin şöhrəti sərhədləri
aşsın. Fransız yazarı Raffi Şartın
“Arvadımın adı Morisdir” pyesi kimi.
Adını çəkdiyimiz pyes son illərədək
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının
repertuarında idi. İndisə bu əsərə Bakı
Uşaq və Gənclər Teatrı müraciət edib.
Rejissor Elşən Zeynallı quruluş verdiyi bu pyesi
“Arvadım ol” adı ilə səhnəyə
çıxarıb.
Azərbaycan Teatr Xadimləri İttifaqının
Aktyor evində premyerası keçirilən birhissəli
komediyanın əsas qəhrəmanı Jorj Odfeydir. O Jorj Odfey
ki, arvadı Maronu Katrin adlı qızla aldadır. Üstəlik,
Katrini də inandırır ki, mütləq onunla ailə
quracaq. Jorjun şirin dilinə aldanan Katrin də ondan geri
qalmır, sevgilisi Rojeni aldadır...
“Arvadım ol” tamaşasının rəssamı Sevda
Məmmədova, musiqi tərtibatçıları Elşən
Zeynallı və Yusif Rüstəmov, rejissor assistenti Nuranə
Rəsulovadır. Səhnə əsərində aktyorlar Mehman
Piriyev (Jorj), Niyaz Qasımov (Moris Lyappen), Sənan Fərzəliyev
(Roje), Könül Şahbazova-Qasımova (Maron), İlhamə Əhmədova
və Flora Hüseynova (madam Truabal) və Rauf Hüseynov
(müsyö Truabal) çıxış edirlər.
Gülcahan
Mədəniyyət .- 2024.- 19 mart(¹21-22).- S.5.