“Xalqın mədəni
sərvəti”
Layihə bu dəfə Cabbar Qaryağdıoğluna həsr
olunub
Xəbər verdiyimiz kimi, F.Əmirov adına Gəncə
Dövlət Filarmoniyası martın 27-dən 29-dək Mədəniyyət
Nazirliyinin dəstəyi, Gəncə-Daşkəsən və
Mərkəzi Aran Regional Mədəniyyət idarələrinin
təşkilatçılığı ilə “Xalqın mədəni
sərvəti” layihəsini təqdim edir.
Üçüncü dəfə keçirilən
layihə Azərbaycan xanəndəlik sənətinin görkəmli
nümayəndəsi, Xalq artisti Cabbar Qaryağdıoğlunun
(1861–1944) xatirəsinə həsr olunub.
Layihənin ilk günü Gəncə şəhəri,
Samux və Goranboy rayonlarında fəaliyyət göstərən
bir sıra uşaq musiqi və incəsənət məktəbləri
müəllim və şagirdlərinin iştirakı ilə
konsert proqramı təqdim edilib.
Həmçinin Mərkəzi Aran RMİ-nin təşkilatçılığı
ilə Ağdaşdakı Heydər Əliyev Mərkəzində
Ağdaş, Göyçay və Yevlaxdakı musiqi məktəbləri,
Yevlax şəhər Mədəniyyət Mərkəzi,
Göyçay rayon Mədəniyyət Mərkəzinin müəllim
və şagirdləri muğam və təsniflər, xalq
mahnılarından ibarət konsert proqramı ilə
çıxış ediblər.
Xatırladaq ki, “Xalqın mədəni sərvəti”
layihəsi üzrə yanvarın 8-dən 14-dək
keçirilən tədbirlər Fikrət Əmirova,
fevralın 14-dən 16-dək təşkil olunan tədbirlər
isə Qara Qarayevə həsr edilib.