Xırdalan musiqi məktəbinin
kollektivi Gürcüstanda Novruz bayramında
Abşeron-Xızı Regional Mədəniyyət
İdarəsinin tabeliyində fəaliyyət göstərən
Xırdalan şəhər Musiqi məktəbinin kollektivi
Gürcüstana səfərdən qayıdıb. Səfər
ölkəmizin Gürcüstandakı səfirliyinin dəstəyi,
M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi
və Gürcüstanın Azərbaycanlı Ağsaqqallar
Şurasının birgə təşkilatçılığı
ilə reallaşıb.
Məktəbin direktoru Əməkdar müəllim
İkram Manafov bildirib ki, kollektiv ənənəvi olaraq Novruz
bayramında Tbilisi şəhərinə dəvət alır,
bayram tədbirlərində iştirak edir.
Gürcüstanın paytaxtındakı Heydər
Əliyev parkının qarşısında təşkil
olunan builki tədbir Novruz tonqalının
alovlandırılması ilə başlayıb. Sonra musiqi məktəbinin
kollektivi geniş konsert proqramı ilə
çıxış edib.