“Klassik irsimizin Mirzə Şəfi
Vazeh zirvəsi”
Masallı rayon Mərkəzi Kitabxanasında görkəmli
şair, mütəfəkkir, maarifçi Mirzə Şəfi
Vazehin (1794–1852) anadan olmasının 230 illiyi münasibətilə
tədbir keçirilib.
“Klassik irsimizin Mirzə Şəfi Vazeh zirvəsi”
adlı tədbirdə şairin Azərbaycan ədəbiyyatı
və ictimai fikir tarixində yerindən, həyat yolundan
söz açılıb. Bildirilib ki, Gəncədə
doğulan, mükəmməl təhsil alan Mirzə Şəfi
gənc yaşlarından şeirlər yazıb. Bir müddət
sonra Tiflisə köçən şairin poeziyasının
şöhrəti Avropaya da yayılıb. Əsərlərini
Azərbaycan və fars dillərində yazan M.Ş.Vazeh əsasən
lirik şeirlər qələmə alıb. Onun şeirlərində
gözəllik, dünya nemətləri tərənnüm
olunur, məhəbbət saxta dini etiqada qarşı qoyulur.
M.Ş.Vazeh Azərbaycan dilində ilk dərs vəsaitinin
müəllifi və “Divani-hikmət”
ədəbi məclisinin təsisçisi kimi də xalqın
maariflənməsində əvəzsiz rol oynayıb.
Mədəniyyət
.- 2024.- 29 mart(№23-24).- S.4.