Azərbaycanlıların
Soyqırımı Günü ilə bağlı konfrans
Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı
ilə Quba rayon MKS, Bəşir Səfəroğlu adına
rayon Mədəniyyət Mərkəzi, Mədəniyyət
İşçiləri Həmkarlar İttifaqı
(MİHİ) Quba rayon komitəsi və Quba Soyqırımı
Memorial Kompleksi tərəfindən “31 Mart - Azərbaycanlıların
Soyqırımı Günü”dür adlı elmi-praktik
konfrans keçirilib.
Əvvəlcə tədbir
iştirakçıları tərəfindən Quba
Soyqırımı Memorial Kompleksindəki kütləvi məzarlıq
ziyarət edilib.
Kompleksin direktoru tarix üzrə fəlsəfə
doktoru Rəxşəndə Bayramova Azərbaycan torpaqları
hesabına dövlət quran ermənilərin tarixin
bütün mərhələlərində xalqımıza
qarşı insanlığa sığmayan qanlı əməlləri
ilə yadda qaldığını diqqətə
çatdırıb.
MKS-nin direktoru Saməddin Nəsirov, rayon Mədəniyyət
Mərkəzinin direktoru Ramiz Ramazanlı və MİHİ Quba
rayon komitəsinin sədri Məhərrəm Hacıyev 1918-ci
ilin mart-aprel aylarında erməni silahlı dəstələrinin
Bakı, Şamaxı, Quba, Lənkəran, Naxçıvan və
digər yerlərdə on minlərlə azərbaycanlını qətlə
yetirilməsi, yurd-yuvasından didərgin salınması barədə
danışıblar. Qeyd olunub ki, Ümummilli lider Heydər
Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların
soyqırımı haqqında” fərmanla ilk dəfə olaraq
dövlət səviyyəsində 1918-ci ilin
qırğınlarına siyasi qiymət verilib.
Tədbir çərçivəsində Quba
Soyqırımı Memorial Kompleksində yerləşən
muzeyə ekskursiya təşkil olunub.