Əlyazmaların bərpa
texnologiyası
AMEA-nın Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunda “Əlyazmaların bərpası
texnologiyası” mövzusunda elmi sessiya keçirilib.
Elm Günü (27 mart) münasibətilə gerçəkləşən
sessiyada Bakı Dövlət Universiteti və Bakı Slavyan
Universitetinin tələbələri iştirak ediblər.
Sessiyada institutun Əlyazmaların gigiyenası və bərpası
laboratoriyasının müdiri Zaur Orucov “Əlyazmaların bərpası
işinin təşkili” mövzusunda məruzə ilə
çıxış edib. O, institutda qorunub saxlanılan əlyazmaların
bərpası prosesində elmin nailiyyətlərindən
istifadə etməklə onların texniki səviyyəsinin
yüksəldilməsi, aşkar olunduğu qədim memarlıq
abidələri, bu əlyazma abidələri üzərində
həkk edilən işarələrin məna cəhətdən
əhəmiyyətindən danışıb.
Alim tərəfindən müxtəlif vaxtlarda bərpa
edilmiş bir sıra əlyazma nüsxələri əsasında
hazırlanan slayd nümayiş etdirib.
Məruzə iştirakçılar tərəfindən
maraqla qarşılanıb, tələbələri
maraqlandıran suallar cavablandırılıb.
Mədəniyyət
.- 2024.- 29 mart(№23-24).- S.6.