İnsanlıq
tarixinin qanlı səhifəsi
Azərbaycan Universitetinin bir qrup müəllim və tələbəsi
Quba şəhərində yerləşən
Soyqırımı Memorial Kompleksini ziyarət edib. 31 mart – Azərbaycanlıların
Soyqırımı Günü ilə əlaqədar təşkil
olunan səfər çərçivəsində kompleksin
informasiya mərkəzində elmi seminar keçirilib.
Elmi seminarda kompleksin direktor müavini Mehriban
Əliyeva, kompleksin mütəxəssisi tarix üzrə fəlsəfə
doktoru, dosent Sübhan Talıblı, Azərbaycan Universiteti
Siyasi və ictimai elmlər kafedrasının müəllimləri,
tarix üzrə fəlsəfə doktorları Rəsul
Mehdixanov, Səbinə Məmmədli, Azərbaycan Dövlət
Pedaqoji Universiteti Quba filialının müəllimi tarix
üzrə fəlsəfə doktoru Təhminə Əliyeva və
başqaları çıxış ediblər.
Sonra müəllim və tələbə heyəti tərəfindən
simvolik məzarlıqda Qubanın rəmzi olan alma
ağacları əkilib, faciə qurbanlarının xatirəsinə
hörmət əlaməti olaraq 40 mərmər daşı
yerləşdirilib. Soyqırımı muzeyində material və
faktlarla tanışlıq olub.
***
Azərbaycan Memarlıq və İnşaat Universitetində
(AzMİU) təhsil alan əcnəbi tələbələr də
Azərbaycanlıların Soyqırımı Günü ilə
əlaqədar Quba rayonuna səfər ediblər. Onlara 1918-ci
ildə baş verən qanlı hadisələr barədə
tarixi sənədlər və faktlar əsasında ətraflı
məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi
ilə yaradılan memorial kompleks 2013-cü il sentyabrın 18-də
açılıb. Burada quraşdırılmış sensor
ekranlı monitordakı xüsusi xəritə vasitəsilə
ermənilərin xalqımıza qarşı həyata
keçirdikləri soyqırımı aktları barədə
bir neçə dildə məlumat əldə etmək
mümkündür.
Mədəniyyət
.- 2024.- 29 mart(№23-24).- S.2.