Dədə Ələsgər
işığında saz-söz axşamı
Martın 27-də Beynəlxalq Muğam Mərkəzində
Mədəniyyət Nazirliyi və “Dədə Ələsgər
Ocağı” İctimai Birliyinin birgə təşkilatçılığı
ilə konsert keçirilib.
“Dədə Ələsgər işığında
saz-söz axşamı” adlı konsert böyük saz-söz
ustadı Aşıq Ələsgərin (1821–1926) anadan
olmasının 203-cü ildönümü münasibətilə
gerçəkləşib.
Vətən uğrunda canlarını fəda etmiş
şəhidlərin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad olunduqdan sonra “Dədə Ələsgər
Ocağı” İB-nin sədri Xətai Ələsgərli, Azərbaycan
Tibb Universiteti Epidemiologiya və biostatistika kafedrasının
müdiri tibb elmləri doktoru, professor İbadulla Ağayev
çıxış ediblər. Qeyd olunub ki, Aşıq
Ələsgər çoxəsrlik keçmişə malik
aşıq sənəti ənənələrinə ən
yüksək bədii-estetik meyarlarla yeni məzmun
qazandırıb.
Bildirilib ki, 2021-ci ildə dövlət
başçısının sərəncamı ilə
Aşıq Ələsgərin 200 illiyi geniş şəkildə
qeyd olunub. Yubiley münasibətilə ustad
aşığın zəngin poetik irsinin geniş tədqiqi,
nəşri və təbliği istiqamətində
böyük işlər görülüb.
Tədbirdə bir sıra şəxslərə “Dədə
Ələsgər Ocağı” İB-nin “Aşıq Ələsgər
– 200” yubiley medalı təqdim olunub.
Gecədə incəsənət ustalarının
ifasında rəngarəng konsert proqramı təqdim edilib.
Lalə
Mədəniyyət
.- 2024.- 29 mart(№23-24).- S.3.