UNESCO-da
Ənənəvi Geyim Günü
UNESCO İcraiyyə Şurasının 219-cu
sessiyası (13–27 mart) başa çatıb. Sessiyanın son
günü 27 mart – Ənənəvi Geyim Günü qeyd
edilib. Təşkilata üzv ölkələrin bir
çoxunun nümayəndələri, o cümlədən Azərbaycan
Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin
əməkdaşları İcraiyyə Şurasının son
iclasına milli geyimlərdə qatılıblar.
Qeyd edək ki, bu təşəbbüs İndoneziya və
Polşanın UNESCO yanında daimi nümayəndəlikləri
tərəfindən ortaq mədəni müxtəlifliyi və
irsi, eləcə də qarşılıqlı
anlaşmanın təbliği və təşviqi məqsədilə
irəli sürülüb. Təşəbbüs digər
üzv dövlətlər tərəfindən rəğbətlə
qarşılanıb. Bu səbəbdən də UNESCO-nun
iclasında ilk dəfə daimi nümayəndələr milli
geyimdə iştirak ediblər.
Mədəniyyət .- 2024.- 29 mart (№23-24).-S.1.