Əməkdar artist
Rahib Əliyev dünyasını dəyişib
Bu barədə APA-ya mərhumun oğlu Rəşad
Əliyev məlumat verib.
Onun sözlərinə görə, Rahib Əliyevin cənazəsi
sabah günorta saat 12-də Qurd qapısı qəbiristanlığında
torpağa tapşırılacaq.
Qeyd edək ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə
Bakı şəhərində anadan olub. 1965-ci ildə M.
Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun
dram-kino aktyorluğu fakültəsinə daxil olan aktyor 1969-cu
ildə oranı bitirib.
Hələ institutda oxuyarkən 1967-ci ildə Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət
olunub və həmin tarixdən təqaüdə
çıxana qədər bu teatrda çalışıb.
Rahib Əliyev Gənc Tamaşaçılar Teatrının səhnəsində
70-dən artıq obraz yaradıb.
Azərbaycan teatr sənətinin inkişafında xidmətlərinə
görə 2006-cı ildə Əməkdar artist fəxri
adına, Prezident mükafatına layiq görülüb.
Aktyorun teatr fəaliyyəti ilə yanaşı kino
karyerası da olub. O “Yol əhvalatı”, “Qətl günü”,
“Köpək”, “Fəryad”, “Yaramaz”, “Güllələnmə təxirə
salınır!..”, “Yoxlama” kimi filmlərdə müxtəlif
rollarda oynayıb.
Allah rəhmət eləsin!
Mədəniyyət .- 2024.- 29 mart (¹23-24).-S.2.