“Araz sahilində doğan günəş”in premyerası

 

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında şair-dramaturq Həsənəli Eyvazlının “Araz sahilində doğan günəş” dramı əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.

Nümayişdən əvvəl çıxış edən teatrın direktoru Xalq artisti Rza Xudiyev səhnə əsərinin Naxçıvan MR Mədəniyyət Nazirliyinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə dair Tədbirlər Planı”na əsasən hazırlandığını deyib.

Tamaşa XX əsrin əvvəllərində regionda, eləcə də ölkəmizdə baş verən ictimai-siyasi hadisələrdən, əzəli torpağımız olan Naxçıvanın Azərbaycanın ayrılmaz hissəsi kimi qorunub saxlanılması, bölgə üçün muxtariyyətin təmin olunması uğrunda aparılan mübarizədən bəhs edir.

Tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Səyyad Bayramovdur.

 

Mədəniyyət.-  2024.- 3 may, ¹33-34.- S.4.