Gəncə Dövlət Kukla
Teatrında yeni səhnə işləri
Gəncə Dövlət Kukla Teatrında rus
yazıçısı Korney Çukovskinin “Milçək
Vizilçək” pyesi əsasında yeni tamaşa
hazırlanıb.
Yaxın günlərdə premyerası olacaq səhnə
işinin quruluşçu rejissoru Zülfiyyə Əliyeva,
quruluşçu rəssamı Məhəmməd Hacıyev,
musiqi tərtibatçısı Aynur Cahangirovadır.
Tamaşada Elmar Vəliyev, Nahidə Namazova, Nərmin Şərifova
və Yeganə Məmmədova çıxış edirlər.
Teatrda həmçinin Osman Ümmanın “Xoruzun hikkəsi”
tamaşasının məşqləri davam edir.
Tamaşanın quruluş müəllifi teatrın baş
rejissoru Şamil Məmmədli, səhnə tərtibatçısı
teatrın baş rəssamı Əntiqə Bədirova,
kuklaçı rəssamı Sara Məmmədova, musiqi tərtibatçısı
Aytən Şərifovadır. Kukla obrazlarını teatrın
aparıcı aktyorları Elmar Vəliyev, Səməd Xanəhmədov,
Saleh Cümşüdlü
Zülfiyyə Əliyeva və Nərmin Şərifova
canlandıracaqlar.
Mədəniyyət.- 2024.- 3 may, ¹33-34.- S.4.