“Narkomaniyaya yox deyək!”
Aprelin 29-da Tovuz rayon Düz Qırıqlı kənd
Uşaq musiqi məktəbində şagirdlərin narkomaniyaya
qarşı mübarizə mövzusunda maarifləndirilməsinə
həsr olunmuş tədbir keçirilib.
“Narkomaniyaya yox deyək!” adlı tədbirdə
çıxış edənlər bəşəri bəlanın
zərərlərindən söz açıblar. Bildirilib ki,
bütün dünyada olduğu kimi, Azərbaycanda da narkotik
istifadəçilərinin əksəriyyətini gənclər
təşkil edir. Belə vasitələr ilk dəfə
yeniyetmələrə, gənclərə pulsuz verilir. Onlar
buna aludə olduqdan sonra pulla almağa məcbur olurlar. Pul
tapmadıqda isə cinayətə əl atırlar.
Çıxışlarda bu qəbildən olan maarifləndirici
tədbirlərin əhəmiyyəti vurğulanıb,
şagirdləri maraqlandıran suallar cavablandırılıb.