Sabirabadda
tanınmış yazarlarla görüş
Yazıçı, şair, publisist Aqşin Yenisey və
şair, tərcüməçi, esseist Qismət Rüstəmov
Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində
fəaliyyət göstərən “Hophopnamə” kitab mərkəzində
oxucuların qonağı olublar.
Mil-Muğan RMİ-nin təşkilatçılığı
ilə keçirilən tədbirdə idarə rəisi Faiq Xudanlı,
mədəniyyət işçiləri, yerli ictimaiyyət, gənclər
iştirak ediblər.
Tədbirin moderatoru Ağalar Ağammədov
yazarların yaradıcılığı barədə məlumat
verib.
Diskussiya şəklində davam edən
görüşdə yazarlar Azərbaycan və dünya ədəbiyyatı,
ədəbiyyatın funksiyası, mütaliə və onun
faydaları, mədəniyyət və sənət haqqında
fikirlərini bölüşüblər. Hər iki müəllif
öz yaradıcılıqlarından nümunələr səsləndirib,
oxucuların suallarını cavablandırıblar.
Tədbirin sonunda yazarlar kitablarını imzalayaraq
iştirakçılara təqdim ediblər.