Şuşada Memarlar
İttifaqının yaz plenumu keçiriləcək
Mayın 24-25-də Şuşa şəhərində
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin
“Qarabağda və Şərqi Zəngəzurda tarixi abidələrin
qorunub saxlanılması problemləri” mövzusunda yaz plenumu
keçiriləcək.
İttifaqdan bildirilib ki, plenumda Azərbaycan
Respublikası Prezidentinin Şərqi Zəngəzurda və
Qarabağda təyin olunmuş xüsusi nümayəndələrinin,
Mədəniyyət Nazirliyinin, Dövlət Şəhərsalma
və Arxitektura Komitəsinin, digər qurumların nümayəndələrinin,
AMEA-nın Memarlıq və İncəsənət, habelə
Arxeologiya və Antropologiya institutları əməkdaşlarının
iştirakı nəzərdə tutulub.
Tədbirdə mövzu ətrafında məruzələr
dinləniləcək, müzakirələr aparılacaq,
işğaldan azad edilmiş ərazilərdə bərpa
edilmiş tarixi-memarlıq abidələrini əks etdirən sərgi
nümayiş olunacaq.
Mədəniyyət.-
2024.- 3 may, №33-34.- S.4.