“Caz rəsmlərdə” yaradıcılıq sərgisinə yekun vurulub

 

Salyan Dövlət Rəsm Qalereyasında 30 aprel – Beynəlxalq Caz Günü qeyd edilib. Tədbirdə görkəmli bəstəkar və cazmen Vaqif Mustafazadənin xatirəsinə həsr olunan “Caz rəsmlərdə” yaradıcılıq sərgisinə də yekun vurulub.

Qalereyanın bələdçisi Lalə Cəfərova və tərtibatçı-rəssam Coşqun Məmmədov ziyarətçilərə sərgilənən rəsmlər barədə məlumat veriblər.

“Caz rəsmlərdə” yaradıcılıq sərgisində 7 peşəkar, 11 həvəskar olmaqla, ümumilikdə 18 rəssamın 40-dək əsəri nümayiş olunub. Sərgilənən əsərlər arasında Aynur Abbasovanın “Əzizə ilə görüş”, “Naməlum saksofonçu”, “Frank Sinatra”, Coşqun Məmmədovun “Bakı gecələrinə qarışıram”, “Axşam radiosu”, Türkan Axundovanın “Çarlz Lloyd”, İlham İsayevin “Mənim gördüyüm yuxu”, İnqilab Abdullayevin “İçərişəhərə improvizasiya”, Ayla Mahmudovanın “Caz, mən səni sevirəm”, Xəyal Abdullayevin “Vaqifin portreti” və digər əl işrləri maraqla qarşılanıb.

“Caz rəsmlərdə” yaradıcılıq sərgisi Şirvan-Salyan RMİ-nin əhatə etdiyi digər şəhər-rayonlarda da sakinlərin görüşünə gələcək

 

Mədəniyyət.-  2024.- 3 may, ¹33-34.- S.4.