Tarix Muzeyində
açıq dərslər
Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasında
açıq dərslərin keçirilməsinə
başlanılıb.
“Uzaq keçmişin izi ilə – Azərbaycanda ibtidai
icma cəmiyyəti” mövzusunda ilk dərs muzeyin
ekspozisiyasının “İbtidai icma cəmiyyətlərinin
yaranması. Daş dövrü” və “Tunc və Erkən Dəmir
dövrləri” zalında keçirilib.
Açıq dərsdə Hacı Zeynalabdin
Tağıyev adına 123 nömrəli tam orta məktəbin
müəllim heyəti və şagirdləri iştirak ediblər.
Məqsəd məktəbin tədris proqramına uyğun təşkil
olunmuş açıq dərsdə şagirdləri unikal
eksponatlarla əyani şəkildə tanış etmək
olub.
Dərs zamanı şagirdlərə muzeyin qədim
dövr maddi-mədəni irs nümunələri haqqında ətraflı
məlumat verilib.