100 illik yubileyə 100 poetik örnək
Mikayıl Azaflının şeirlərindən ibarət
kitab çapdan çıxıb
XX əsr Azərbaycan aşıq sənətinin
görkəmli nümayəndəsi, saz-söz ustadı
Mikayıl Azaflının şeirlərindən ibarət yeni
kitab işıq üzü görüb.
Azərbaycan Aşıqlar Birliyində (AAB) nəşrə
hazırlanan “Ağarmayın, ay saçlarım, amandı...”
adlı kitabda bu il 100 illik yubileyi qeyd olunan Mikayıl
Azaflının (1924–1990) 100 şeiri yer alıb.
Nəşrdə ustad sənətkarın
yaradıcılığından seçmə şeirlər –
əsasən, aşıqların repertuarından düşməyən,
dillərdə əzbər olan poeziya nümunələri
verilib. Həmin poetik örnəkləri müşayiət edə
biləcək saz havaları, o cümlədən ustadın
özünün bəstələdiyi havalar şeirlərin
sonunda göstərilib.
Əməkdar mədəniyyət işçiləri
Gülarə Azaflı və Musa Nəbioğlu, filologiya
üzrə fəlsəfə doktoru Altay Məmmədlinin ərsəyə
gətirdiyi kitabın elmi məsləhətçisi, redaktoru
və ön söz müəllifi AAB-nin sədri Əməkdar
elm xadimi, professor Məhərrəm Qasımlıdır.
Mədəniyyət.-
2024.- 3 may, №33-34.- S.6.