“Yeni adlar”da növbəti musiqi axşamı

 

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində “Yeni adlar” layihəsi çərçivəsində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş növbəti konsert (26 aprel) keçirilib.   

Konsertdə dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor – Əməkdar artist Fuad İbrahimov) müşayiəti ilə solistlər – respublika və beynəlxalq müsabiqələr laureatları Nərminə İsmayılova (piano), Rüstəm Zeynalov (piano), Zərrin Əliyeva (violin), Humay Hacızadə (viola) və Aynur Abdullayeva (violin) çıxış ediblər.

Musiqi axşamının tamaşaçıları arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, tanınmış mədəniyyət və incəsənət xadimləri də olublar.

Proqramda Kamil Sen-Sansın “Le Carnaval des animaux” süitası, Maks Bruxun “Viola və orkestr üçün romans” (F-dur op.85), Moris Ravelin “Qaraçı qızı” rapsodiyası və Sergey Raxmaninovun “Paqanini mövzusuna rapsodiya” (a-moll op.43) əsərləri səsləndirilib.

 

 

Mədəniyyət.-  2024.- 3 may, ¹33-34.- S.5.