Forumun panel
toplantıları
1-3 may tarixlərində “Sülh və qlobal təhlükəsizlik
naminə dialoq” mövzusunda keçirilən VI
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
100-dən çox ölkəni təmsil edən 700
qonağı bir araya gətirib.
Bakı Konqres Mərkəzində rəsmi
açılış mərasimindən sonra Forum 4 plenar
sessiya ilə işini davam etdirib. Müxtəlif mövzularda
12 panel təşkil edilib:
“Təhsilin və gənclərin ayrı-seçkilik
və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin
rolu”; “Tənzimlənməyən miqrasiya və sosial təsirlər:
beynəlxalq təhlükəsizlik üçün təhdid
və imkanlar”; “Süni intellekt – təhdid, yoxsa imkan?”; “Mədəniyyətlərarası
dialoqlarda qadın hüquqlarının təşviqi: qlobal
inkişafa doğru”; “Sosial media: mədəniyyətlər və
insanlar arasında körpü və ya sədd?”; “Turizm
insanları birləşdirən və mədəniyyətlərarası
dialoqu təşviq edən alət kimi”; “Müasir inkişaf
tendensiyalarının və iqtisadi müxtəlifliyin təmin
edilməsində mədəni və yaradıcı sənayelərin
əhəmiyyəti”; “Münaqişədən sonrakı
dövrlərdə mədəniyyətin dirçəldilməsi
və qorunması üçün davamlı sülhün təmin
edilməsi”; “Üfüqləri birləşdirərək:
“İpək Yolu” proqramının müasir trendləri və
qlobal təsiri”; “Müxtəlifliyin qorunması: multikultural
dünyada çağırışlar və qlobal əməkdaşlığın
təşviq edilməsi”; “Peace4Culture” qlobal
çağırışı: Mərkəzi Asiya və
Qafqazda BMTSA Gənc Sülh Qurucuları Proqramının
işə salınması”; “Mədəni diplomatiya təcrübədə:
mədəniyyətlərarası anlaşmanın
inkişafı”.