Sumqayıt
səhnəsindən gələcək “Xeyir xəbər”
Gənclərin səhnə-sənət
ideyalarının realizəsi məqsədilə Mədəniyyət
Nazirliyi daha bir rejissora dövlət teatrında tamaşa
hazırlamaq şəraiti yaradıb. Azərbaycan Dövlət
Gənc Tamaşaçılar Teatrında rejissor assistenti kimi
çalışan Fuad Cavadzadə Sumqayıt Dövlət Dram
Teatrında tamaşa hazırlayacaq.
Gənc rejissor Əməkdar incəsənət xadimi
Əli Əmirlinin vətənpərvərlik mövzulu “Xeyir xəbər” pyesinə
quruluş verəcək.
Bədii tərtibatını Nizami Dadaşov, musiqi tərtibatını
sənətşünaslıq üzrə fəlsəfə
doktoru Telman Qəniyev, qrafika-montaj işlərini Sahil Nəzərov
həyata keçirir.
Tamaşada Əməkdar artist Elmira Kərimova,
aktyorlar Habil Xanlarov, Şəmistan Süleymanlı, Siyavuş
Mahmudov, Akif Mirzəyev, Cavanşir Eyyubzadə, Elay Xasıyev,
Məryəm Hüseynli, Aynur Hümbətova rol alıblar.
Məlumat üçün bildirək ki, Fuad Cavadzadə
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində teatr rejissorluğu ixtisasına yiyələndikdən
sonra Mədəniyyət Nazirliyinin dəstəyi ilə təhsilini
Türkiyədə davam etdirib, İstanbul Universiteti Dövlət
Konservatoriyasında teatr sənəti üzrə magistr təhsili
alıb.
Mədəniyyət.- 2024.- 8 may, ¹35.- S.4.