“ANİMAFİLM festivalı
regionlarda”
Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan
Animasiya Assosiasiyasının təşkilatçılığı
ilə “ANİMAFİLM festivalı regionlarda” layihəsi
çərçivəsində növbəti tədbir
mayın 16-17-də Lənkəranda təşkil olunacaq.
Assosiasiyadan bildirilib ki, layihə regionlarda animasiya
kinosu və sənayesinin inkişafının təşviqi məqsədilə
keçirilir.
Lənkəranda yerli və xarici animasiya filmlərinin
nümayişləri, müzakirələr nəzərdə
tutulub. Həmçinin tədbir çərçivəsində
animasiya təlimi keçiriləcək.
Bundan əvvəl layihə çərçivəsində
2021-ci ildə Şəkidə, 2023-cü ildə isə
Naxçıvanda tədbirlər keçirilib.
Mədəniyyət.- 2024.- 8 may, ¹35.- S.4.