“Hophopnamə” kitab mərkəzində
təqdimat
Mil-Muğan Regional Mədəniyyət İdarəsi
(RMİ) və Azərbaycan Yazıçılar Birliyi Gənclər
Şurasının birgə təşkilatçılığı
ilə yazıçı İkinci Mahmudun (Mahmud İsmayıl
oğlu Ağakişiyev; 1986–2019) xatirəsinə ithaf olunan
kitabın təqdimatı keçirilib.
“Hophopnamə” kitab mərkəzində gerçəkləşən
tədbirdə RMİ-nin rəisi Faiq Xudanlı, mədəniyyət
işçiləri, ictimaiyyət nümayəndələri və
gənclər iştirak ediblər.
Mərasimdə BP şirkətinin “Azərbaycanın ədəbi
gəncliyini dəstəkləyirik” layihəsi əsasında
nəşr olunmuş kitablar təqdim olunub. Layihədə
şairlərdən Fərid Hüseynin “Bəyaz ləkə”,
Şəhriyar del Geraninin “Özümdən məşhur
şeirlər”, yazıçılardan İkinci Mahmudun “Yersiz
ölüm” və Ömər Xəyyamın “Bizim
atalarımız, bizim analarımız” kitabları işıq
üzü görüb.
Çıxış edən yazarlar ədəbiyyat,
mütaliə, mədəniyyət və sənət
haqqında fikirlərini bölüşüb, oxucuların
suallarını cavablandırıb, məhrum həmkarları
haqqında xatirələrini bölüşüblər.
Mədəniyyət.- 2024.- 8 may, ¹35.- S.4.