Əhməd Cavada həsr
olunan qiraət axşamı
Fikrət Əmirov adına Gəncə Dövlət
Filarmoniyası “Urbanda görüşərik” layihəsi
çərçivəsində Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, böyük şair,
maarifçi və ictimai xadim Əhməd Cavadın (1892–1937)
anadan olmasının 132-ci ildönümünə həsr
olunan qiraət axşamı keçirib.
AMEA-nın Gəncə Bölməsi Nizami Gəncəvi
Mərkəzinin direktoru Əlimuxtar Muxtarov, Gəncə
Dövlət Universiteti Azərbaycan və dünya ədəbiyyatı
kafedrasının müəllimi Vüsal Hicran
çıxış edərək Əhməd Cavadın həyat
və yaradıcılığı haqqında məlumat veriblər.
Gecədə qiraətçilərdən İmamverdi
Vəliyev, Lalə Həsəncan, Xalidə Nəbiyeva və Məhəmməd
Hacıyevin səsləndirdiyi şeirlər maraqla
qarşılanıb.
Sonda Xalq artisti Sevinc İbrahimova
“Çırpınırdın, Qara dəniz” və Əməkdar
artist Tural Abdullayev “Şükriyyə” mahnılarını
ifa ediblər.
Mədəniyyət.- 2024.- 8 may, ¹35.- S.4.