Yaşıl dünya naminə həmrəy
olaq!
Qusar rayon Heydər Əliyev Mərkəzi və rayon
İcra Hakimiyyətinin təşkilatçılığı
ilə “Yaşıl dünya naminə həmrəylik ili”
çərçivəsində 15 may – Beynəlxalq Ailə
Gününə həsr olunmuş “Ekoloji düşüncə
ailədən başlayır” mövzusunda tədbir
keçirilib. Çıxış edənlər ekoloji
düşüncə və ekoloji mədəniyyətin
yaranmasında ailənin rolundan, milli-mənəvi dəyərlərdən
söhbət açıblar. “Təbiəti qoruyaq!” adlı
videoçarx nümayiş olunub.
***
Kürdəmir rayonunda fəaliyyət göstərən
mədəniyyət müəssisələrinin təşkilatçılığı
ilə rayon Heydər Əliyev Mərkəzində
“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr
olunmuş tədbir keçirilib. İştirakçılar
öncə kitab və rəsm sərgisi ilə tanış
olublar. Dəyirmi masa ətrafında davam etdirilən tədbirdə
mövzuya aid videoçarx nümayiş olunub.
***
Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə-Daşkəsən
RMİ-nin dəstəyi, Gəncə şəhər Heydər
Əliyev Mərkəzinin təşkilatçılığı
ilə “Mədəniyyət vasitəsilə yaşıl həyata
çağırış” layihəsinin
açılış tədbiri keçirilib.
Qeyd edilib ki, layihə çərçivəsində
2024-cü il ərzində ətraf mühitlə bağlı
filmlər nümayiş olunacaq, şagirdlər
üçün mövzu üzrə dərslər keçiləcək,
ekoloji laboratoriyalar təşkil olunacaq. Müxtəlif müəssisələrlə
birgə əməkdaşlıq çərçivəsində
ağacəkmə aksiyaları təşkil ediləcək.
Sonra ətraf mühitlə bağlı poster, kitab,
jurnal, bülleten, foto və rəsmlərdən ibarət sərgiyə
baxış olub. Sərgi məkanında F.Əmirov adına Gəncə
Dövlət Filarmoniyası kamera orkestrinin ifasında musiqilər
səslənib
***
Oğuz rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı
ilə rayon Mədəniyyət Mərkəzində
“Yaşıl dünya naminə birləşək!” adlı rəsm
və əl işləri müsabiqəsi keçirilib.
Müsabiqədə rayon Uşaq-gənclər inkişaf mərkəzi,
Kərimli, Yemişənli, Xalxal, Xaçmaz kəndlərindən
məktəblilər, rayon MKS-nin Padar, Bayan, Xaçmaz kənd
kitabxana filiallarının əməkdaşları
iştirak ediblər. Qaliblər diplom və hədiyyələrlə
mükafatlandırılıb.
***
Mil-Muğan RMİ, regional Təhsil İdarəsi, Beyləqan
Gənclər evi və digər qurumların təşkilatçılığı
ilə “Gələcək – təmiz gələcək” adlı
bilik müsabiqəsi keçirilib. “Nə? Harada? Nə zaman?”
formatında keçirilən müsabiqədə rayonun tam
orta məktəblərinin IX–XI siniflərini təmsil edən
16 komanda iştirak edib. I Şahsevən kənd Fazil Miriyev
adına orta məktəb, Dünyamalılar kənd Əlibala
Şirinov adına orta məktəb və I Şahsevən kənd
Gəray Əsədov adına 1 nömrəli tam orta məktəbin
komandaları müvafiq olaraq 1, 2 və 3-cü yerləri
tutublar.
Mədəniyyət.- 2024.- 8 may, ¹35.- S.4.