Müasir Azərbaycan
dövlətçiliyinin memarı
Ulu öndər Heydər Əliyevin anadan
olmasının 101-ci ildönümü münasibətilə
bölgələrdə müxtəlif tədbirlər
keçirilir.
Zaqatala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı
ilə ümumtəhsil məktəbləri arasında “Azərbaycan
xalqının xəzinəsi – Heydər Əliyev” adlı
şeir qiraəti və mahnı müsabiqəsi
keçirilib. Rayonun 66 təhsil ocağı təmsilçilərinin
iştirak etdiyi müsabiqədə Ulu öndərə həsr
edilən şeirlər və mahnılar səsləndirilib.
Qaliblərin adları 10 may tarixində elan ediləcək.
***
Siyəzən rayon Heydər Əliyev Mərkəzində
Ümummilli liderin azərbaycançılıq
ideologiyasının gənclər arasında təbliği, gənclərin
dünyagörüşünün və intellektual səviyyəsinin
artırılması, eləcə də gənclərin asudə
vaxtlarının səmərəli təşkil olunması məqsədilə
“Xəmsə” milli intellektual oyunu keçirilib. 8 komandanın
qatıldığı bilik yarışında ilk üç
yeri Siyəzən şəhər 1, 2 və 4 nömrəli
orat məktəblərin komandaları tutub.
***
Mərkəzi Aran RMİ-nin təşkilatçılığı
ilə regional idarənin əhatəsinə aid olan şəhər
və rayonlardakı mədəniyyət müəssisələrinin
əməkdaşları arasında “Heydər Əliyev və
Azərbaycan mədəniyyəti” adlı bilik
yarışı keçirilir.
Yarış seçim mərhələsi (yerli) və
final mərhələsi (regional) olmaqla 2 mərhələdə
təşkil olunur. Seçim (yerli) mərhələsi
mayın 3-də keçirilib. Mingəçevir şəhəri,
Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab
rayonlarında təşkil edilən bilik yarışında
iştirakçılar Azərbaycan mədəniyyəti,
tarixi, coğrafiyası və dünyagörüşünə
aid sualları cavablandırıblar.
Yerli mərhələnin qalib komandalarının
iştirakı ilə mayın 8-də Ağdaşda final mərhələsi
keçiriləcək.
***
Şuşa Dövlət Rəsm Qalereyasının
(Bakı şəhəri) təşkilatçılığı
ilə “Heydər Əliyev – müasir Azərbaycan dövlətçiliyinin
memarı” mövzusunda fotosərgi keçirilib. Tədbirdə
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında
müstəsna xidmətlərindən söz
açılıb. Sərgidə Ulu öndərin həyatının,
siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks
etdirən fotolar nümayiş olunub.
***
Şirvan-Salyan RMİ-nin təşkilatçılığı
ilə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində
konsert keçirilib. Şirvan şəhər Uşaq musiqi məktəbinin
müəllim və şagird kollektivinin ifasında vətənpərvərlik
mahnıları səslənib.
Salyan rayon Heydər Əliyev Mərkəzində isə
“Heydər Əliyev və dövlət gənclər siyasəti”
mövzusunda tədbir təşkil edilib.
***
Qazax rayon Heydər Əliyev Mərkəzi və rayon
İslam Nəsibov adına Aşağı Əskipara kənd
tam orta məktəbinin birgə təşkilatçılığı
ilə “Qəlblərdə yanan əbədi işıq”
adlı tədbir keçirilib. Məktəbin müəllim və
şagirdlərinin ifasında Heydər Əliyevə həsr
olunmuş şeirlər, mahnılar səsləndirilib, ədəbi-bədii
kompozisiyalar nümayiş etdirilib.
Tovuz rayon Mərkəzi Kitabxanasının təşəbbüsü
ilə Tovuz regional “ASAN Xidmət” mərkəzində səyyar
kitab sərgisi təşkil edilib. Ulu öndərin həyat
yolu və siyasi fəaliyyəti ilə bağlı kitablar
nümayiş olunub.
***
Cəlilabad şəhər 7 saylı tam orta məktəbin
şagirdləri rayon Heydər Əliyev Mərkəzinə
ekskursiya ediblər. Ekskursiya zamanı şagirdlərə Heydər
Əliyevin siyasi fəaliyyəti haqqında məlumat verilib.
Sonra məktəblilərə “Heydər Əliyevin dövlətçilik
tariximizdəki rolu” mövzusunda açıq dərs
keçilib.
Astara Tarix-Diyarşünaslıq Muzeyində “Müstəqil
Azərbaycan Heydər Əliyevin şah əsəridir”
mövzusunda tədbir təşkil edilib. Tədbirdə
Ərçivan qəsəbə Fuad Qasımov adına 1
nömrəli tam orta məktəbin müəllim və
şagirdləri iştirak ediblər.
Nurəddin Məmmədli
Mədəniyyət.- 2024.- 8 may, ¹35.- S.4.