“Bülbülün qonaqları”nda
Qara Qarayev yad olunub
Bülbülün Memorial Muzeyinin “Bülbülün
qonaqları” layihəsi çərçivəsində Azərbaycan
bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi,
SSRİ Xalq artisti Qara Qarayev yad edilib.
Tədbirdə çıxış edən muzeyin
direktoru Fərqanə Cabbarova böyük vokalçı
Bülbül ilə Qara Qarayevin sıx dostluq əlaqələrindən
söhbət açıb. O, Bülbülün xatirələrində
qeyd olunan bəstəkarla bağlı fikirləri
bölüşüb.
Sonra musiqi nömrələri səsləndirilib. Azərbaycan
Milli Konservatoriyası nəzdində İncəsənət
Gimnaziyasının şagirdləri və Bakı Musiqi
Akademiyasının tələbələri tərəfindən
“Yeddi gözəl” baletindən Adajio, “Don Kixot” qravürlərindən
səyahət, “Eskiz” və prelüdlər ifa olunub.
Tədbirdə həmçinin “Yeddi gözəl”
baletindən videofraqmentlər nümayiş etdirilib.
Qeyd edək ki, “Bülbülün qonaqları” layihəsində
bundan əvvəl bəstəkar, Xalq artisti Süleyman Ələsgərov
və yazıçı Məmməd Səid Ordubadi yad
olunmuşdu.
Mədəniyyət.- 2024.- 8 may, ¹35.- S.3.