“Salam” Qazaxıstanda teatrları bir araya gətirib

 

 

1-4 may tarixlərində Qazaxıstanın Kokşetau şəhərində “Salam” II Beynəlxalq Komediya Tamaşaları Teatr Festivalı keçirilib. Şaxmet Xusainov adına Akmola Vilayət Qazax Musiqili və Dram Teatrında təşkil olunan festival Qazaxıstanın Xalq yazıçısı, Dövlət mükafatı laureatı, dramaturq Saken Junusovun 90 illik yubileyinə həsr olunub.

Festival çərçivəsində Qazaxıstan, Azərbaycan və Türkiyə teatrlarının tamaşaları nümayiş olunub. Ölkəmizi festivalda Dövlət Pantomima Teatrı təmsil edib. Xalq artisti Bəxtiyar Xanızadə və Əməkdar artist Bəhruz Əhmədlinin birgə hazırladığı “Son ştrix“ tamaşası “Ən yaxşı pantomima tamaşası” nominasiyasında qalib olub və pul mükafatına layiq görülüb.

Tamaşaları beş nəfərdən ibarət münsiflər heyəti qiymətləndirib. Heyətdə Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı və Avrasiya Teatrlar Birliyinin Azərbaycan təmsilçisi, Gəncə Dövlət Dram Teatrının aktyoru Yusif Cəfərov da yer alıblar.

 

Mədəniyyət.- 2024.- 8 may, ¹35.- S.5.