Azərbaycanın turizm imkanları
Dubay sərgisində
Azərbaycanın turizm imkanları 6–9 may tarixlərində
keçirilən “ATM Dubai – 2024” (Arabian Travel Market – 2024) beynəlxalq
turizm sərgisində tanıdılır.
Yaxın Şərq bazarı üçün əsas
turizm tədbirlərindən hesab olunan sərgidə B2B
(biznesdən biznesə) görüşlər keçirilir,
yerli və xarici turizm sənayesi nümayəndələri
arasında əməkdaşlıq imkanları müzakirə
olunur
Milli stendimizdə ölkəmizi Azərbaycan Turizm
Bürosu (ATB) ilə yanaşı, AZAL, “Şahdağ” Turizm Mərkəzi,
hotellər və turizm şirkətləri daxil olmaqla 34 yerli tərəfdaş
təmsil edir.
Stendin ziyarətçilərinə ənənəvi
turizm məhsulları haqqında məlumat verilir, Azərbaycanın
təbiət turizmi imkanları VR vasitəsilə təqdim
edilir, milli şirniyyatların dequstasiyası imkanı
yaradılır.
Sərgi ərəfəsində, mayın 3-də Dubay
şəhərində qlobal turizmin inkişafı,
innovativ yanaşma və imkanlara
həsr olunmuş “Phocuswright WiT” Orta Şərq konfransı
çərçivəsində keçirilən panel
müzakirələrdə ATB-nin baş icraçı direktoru
Florian Zenqstşmid Azərbaycanın turizm potensialı
haqqında təqdimatla çıxış edib.
Qeyd edək ki, 8 iyul 2023-cü ildən etibarən Azərbaycan
və Birləşmiş Ərəb Əmirlikləri
(BƏƏ) arasında 90 günə qədər qalma
imkanı verən vizasız gediş-gəliş rejimi tətbiq
olunur. Ötən il ölkəmizə 41085 nəfər
BƏƏ vətəndaşı səfər edib ki, bu da
2022-ci illə müqayisədə 11,4 faiz artım deməkdir.
Cari ilin ilk 4 ayı ərzində ölkəmizə gələn
BƏƏ vətəndaşlarının sayında ötən
ilin eyni dövrü ilə müqayisədə 22 faiz artım
müşahidə olunub.
Mədəniyyət.- 2024.- 8 may, ¹35.- S.1.