“Qonaq teatr”ın budəfəki
iştirakçısı Türkiyədən gəlib
Trabzon teatrının “Neytral zona”sı
Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr
Xadimləri İttifaqının (ATXİ) təşkilatçılığı
ilə həyata keçirilən “Qonaq teatr” layihəsi çərçivəsində
Trabzon Sənət Teatrı Bakıda çıxış
edib. Türkiyəli sənətçilər ATXİ-nin səhnəsində
yazıçı-dramaturq Firuz Mustafanın “Neytral zona” əsəri
əsasında hazırladıqları tamaşanı təqdim
edib.
Tamaşadan öncə çıxış edən
ATXİ sədri vəzifəsi səlahiyyətlərini icra edən
Xalq artisti Hacı İsmayılov artıq iki ildir keçirilən
layihə haqqında danışıb, ilk dəfə bu səhnədə
çıxış edən Trabzon Sənət Teatrı
haqqında məlumat verib. Bildirib ki, 1993-cü ildən fəaliyyət
göstərən sənət ocağının
yaradıcısı və bədii rəhbəri Necati
Zengindir. O, teatrda çox sayda
tamaşaya quruluş verib. Türkdilli xalqların dramaturgiya
nümunələri də teatrın repertuarında
mühüm yer tutur. Teatr 2006 və 2009-cu illərdə
Gürcüstanda qastrollarda iştirak edib. İndi isə Azərbaycanda
səfərdədir.
Diqqətə çatdırılıb ki, Firuz
Mustafanın “Neytral zona” əsəri Azərbaycan, Türkiyə,
Ukrayna və Rusiyanın teatrlarında oynanılıb. Trabzon
teatrında ərsəyə gələn səhnə əsərinin
bədii rəhbəri Necati Zəngin, rejissoru Cemre Can
Avcıdır.
Sonra tamaşa nümayiş olunub.
Nümayişdən sonra Trabzon Sənət
Teatrının bədii rəhbəri Necati Zenginə
Türkiyə-Azərbaycan mədəni əlaqələrinin
inkişafında xidmətlərinə görə ATXİ-nin
mükafatı təqdim edilib. Həmçinin Əməkdar
incəsənət xadimi Firuz Mustafa “Neytral zona”
tamaşasının orijinal ədəbi materialına görə
ittifaqın fəxri fərmanı ilə təltif olunub.
Mədəniyyət.- 2024.- 8 may, ¹35.- S.2.