Şamaxıda Heydər
Əliyev mərkəzlərinin ümumrespublika
toplantısı
Heydər Əliyev Mərkəzinin və Mədəniyyət
Nazirliyinin birgə təşkilatçılığı ilə
mayın 7-də Şamaxı şəhərində ölkə
üzrə Heydər Əliyev mərkəzlərinin
toplantısı keçirilib.
Ulu öndərin anadan olmasının 101-ci
ildönümünə həsr edilən toplantı müasir
Azərbaycanın memarı Heydər Əliyevin irsinin, dövlətçilik
ənənələrinin, inkişaf strategiyasının
öyrənilməsi və təbliği məqsədilə
silsilə tədbirlər çərçivəsində
keçirilib.
Mədəniyyət nazirinin müavini Səadət
Yusifova toplantıda Ulu öndərin dövlətçilik fəlsəfəsinin,
siyasi irsinin öyrənilməsinin vacibliyini qeyd edib, onun
misilsiz tarixi xidmətlərinin tədqiq və inkişaf
etdirilməsində Heydər Əliyev mərkəzlərinin
rolunu vurğulayıb.
Heydər Əliyev Mərkəzinin (Bakı şəhəri)
departament direktoru Rəna Məmmədova mərkəzin fəaliyyəti
haqqında danışıb, Heydər Əliyev irsinin öyrənilməsi,
geniş təbliği və tətbiqi məqsədilə
silsilə tədbirlərin, ekskursiyaların, müxtəlif
yaş qruplarını əhatə edən layihələrin həyata
keçirildiyini, “Heydər Əliyev və Azərbaycan tarixi”
ümumrespublika bilik yarışlarının təşkil
edildiyini bildirib.
Şamaxı, Suraxanı (Bakı), Masallı, Zərdab,
Şabran, Tərtər, Qax, Neftçala, İmişli rayon və
Gəncə şəhər Heydər Əliyev mərkəzlərinin
direktorları Ulu öndərin irsinin
araşdırılması istiqamətində təmsil etdikləri
qurumların fəaliyyətindən, həyata keçirilən
layihələrdən bəhs ediblər.
Mədəniyyət.- 2024.- 8 may, ¹35.- S.2.