“Ölkəmiz
dünyaya həm də mədəniyyət diplomatiyası ilə
təsir etməlidir”
Mədəniyyət xadimlərinə “Heydər
Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub
Mayın 7-də Milli Azərbaycan Tarixi Muzeyində bir
sıra mədəniyyət və incəsənət xadimlərinə
“Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalının
təqdimetmə mərasimi keçirilib.
Tədbirdə çıxış edən mədəniyyət
naziri Adil Kərimli medala layiq görülən mədəniyyət
xadimlərinə təbriklərini çatdırıb, bu
yüksək təltifi Prezident İlham Əliyevin mədəniyyət
sahəsinə göstərdiyi diqqət və
qayğının daha bir təzahürü kimi qiymətləndirib:
“Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalının
hər birimiz üçün xüsusi əhəmiyyəti
vardır. Çünki bu medalla təltif edilənlər Ulu
öndər Heydər Əliyevin diqqət və
qayğısı ilə Azərbaycan mədəniyyətinə
töhfələr veriblər”.
Qeyd olunub ki, medalın mədəniyyətimizin
böyük hamisi, Ümummilli lider Heydər Əliyevin anadan
olmasının 101-ci ildönümü ərəfəsində
təqdim edilməsi xüsusilə əhəmiyyətlidir və
simvolik məna daşıyır.
Ölkəmizin dünyaya həm də mədəniyyət
diplomatiyası ilə təsir etməli olduğunu deyən
nazir bildirib ki, Ali Baş Komandanımızın rəhbərliyi
altında şanlı Ordumuzun döyüş meydanında
qazandığı Qələbəni mədəni zəfərimizlə
rövnəqləndirməliyik: “Bu da, sözsüz ki, cənab
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban
xanım Əliyevanın dəstəyi ilə həyata
keçəcək və bununla Azərbaycan mədəniyyəti
beynəlxalq aləmdə daha geniş tanınacaq.
Xalqımız sizin adınız və xidmətinizlə
qürur duyur. İnanıram ki, sizlər – Ulu öndər Heydər
Əliyevin dəstəyini görmüş mədəniyyət
xadimləri – onun mədəni irsə diqqət və
qayğı prinsiplərini gələcək nəsillərə
ötürəcəksiniz. Bu, yeni nəsillər
üçün çox əhəmiyyətlidir”.
Nazir çıxışının sonunda ölkəmizin
mədəniyyət ictimaiyyəti adından Azərbaycan mədəniyyəti
və incəsənətinə göstərdiyi davamlı dəstəyə
görə Prezident İlham Əliyevə minnətdarlığını
ifadə edib.
Daha sonra “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley
medalı sahiblərinə təqdim edilib. Mədəniyyət
xadimləri yüksək təltifə layiq
görüldüklərinə görə minnətdarlıqlarını
bildiriblər.
Qeyd edək ki, “Heydər Əliyevin 100 illiyi (1923–2023)”
yubiley medalı Azərbaycan Respublikasının 2023-cü il
11 aprel tarixli Qanunu ilə təsis olunub. Azərbaycan vətəndaşları,
əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər, Azərbaycanın və xarici ölkələrin
dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların
nümayəndələri bu medalla təltif edilə bilərlər.
Lalə
Mədəniyyət.- 2024.- 8 may, ¹35.- S.2.