Muzeydə Osman
Hacıbəyovun 100 illiyinə həsr olunmuş tədbir
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyində Əməkdar artist Osman Hacıbəyovun (1924–1979)
100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri muzeyin direktoru Əməkdar mədəniyyət
işçisi Alla Bayramova açaraq Hacıbəyovlar nəslinin
layiqli nümayəndəsi olan aktyorun incəsənət
tariximizdə özünəməxsus yeri olduğunu deyib.
Muzeyin şöbə müdiri Xanım Abdinova Osman
Hacıbəyovun yaradıcılıq yolu haqqında
danışıb. Qeyd edib ki, O.Hacıbəyov otuz ildən
artıq Dövlət Gənc Tamaşaçılar
Teatrında aktyor kimi fəaliyyət göstərib. O, teatrda
Ayaz (“Ana”; A.Şaiq), Əşrəf və Qıdı kirvə
(“Hacı Qəmbər”; N.Vəzirov), Yaşar (“Yaşar”;
C.Cabbarlı), Tarverdi (“Xırs-quldurbasan”; M.F. Axundzadə),
Protey (“İki veronalı”; V.Şekspir), İmran, Nəsrəddin
(“Anacan” və “Nəsrəddin”; Y.Əzimzadə), Bəxtiyar
(“Komsomol poeması”; İ.Coşqun) və başqa rollar
oynayıb.
Tədbirdə Ü.Hacıbəyli adına Bakı
Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə
Hacıbəyova və tələbələrinin ifasında
konsert proqramı təqdim olunub.
Sənətkarın iştirak etdiyi tamaşalardan ibarət
videofraqmentlər nümayiş olunub.
Qeyd edək ki, Osman Hacıbəyov dahi bəstəkar
Üzeyir Hacıbəylinin əmisi nəvəsidir. Üzeyir
bəyin əmisi İsmayıl Hacıbəyovun (1879–1921) digər
oğlu görkəmli bəstəkar, pedaqoq Soltan Hacıbəyovdur
(1919–1974).
Mədəniyyət.- 2024.- 8 may, ¹35.- S.6.