Qax kuklaçıları səfərdə
Mədəniyyət Nazirliyinin təşəbbüsü
ilə davam edən ölkədaxili qastrollar çərçivəsində
Qax Dövlət Kukla Teatrı mayın 11-də Gəncə
şəhərində olub.
Yaradıcı kollektiv Gəncə Dövlət Kukla
Teatrının səhnəsində yazıçı-dramaturq
Əzizə Əhmədovanın “Necə boz ayı, aldı
ev payı?” nağıl-tamaşasını göstərib.
Tamaşanın quruluşçu rejissoru Əməkdar
artist Yusif Abdurahmanov, quruluşçu rəssamı Fidan Səbrili,
musiqi tərtibatçısı Nicat Fətəliyevdir.
Uşaqlara zəhmətsevərlik, dürüstlük
və özünəinam aşılayan ibrətamiz tamaşa
alqışlarla qarşılanıb.
Mədəniyyət.- 2024.- 15 may, №37.- S.4.