“Musiqi kimliyimiz”də Aşıq Şəmşir yad olunacaq

 

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə “Musiqi kimliyimiz” layihəsini növbəti dəfə təqdim edəcək.

20-22 may tarixlərində reallaşacaq layihə XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, el havaları və dastanların mahir ifaçısı Aşıq Şəmşirin (1893–1980) xatirəsinə həsr olunacaq.

 

Mədəniyyət.- 2024.- 15 may, ¹37.- S.4.