“Gəncləşən muğam”
Sumqayıtdakı Muğam Mərkəzində “Gəncləşən
muğam” layihəsinin növbəti konserti təqdim edilib.
Layihənin budəfəki konserti Ulu öndər Heydər
Əliyevin anadan olmasının 101-ci ildönümü və
Heydər Əliyev Fondunun yaranmasının 20 illiyinə həsr
olunub.
Konsert layihənin rəhbəri Xalq artisti, professor Mənsum
İbrahimov, Xalq artisti, tarzən Elçin Həşimov,
Əməkdar artistlər xanəndə Təyyar Bayramov,
kamança ifaçısı Elnur Əhmədov və
başqa ifaçıların iştirakı, Sumqayıt Şəhər
İcra Hakimiyyətinin təşkilatçılığı
ilə gerçəkləşib.
Vurğulanıb ki, “Gəncləşən muğam”
layihəsi Azərbaycan mədəniyyətinin qorunub
saxlanılması və gələcək nəsillərə
çatdırılması məqsədi daşıyır.
Tanınmış muğam ifaçılarının
çıxışları alqışlarla
qarşılanıb.
Mədəniyyət.- 2024.- 15 may, ¹37.- S.4.