Filarmoniyada konsertlər
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik
Filarmoniyasının səhnəsində Q.Qarayev adına Azərbaycan
Dövlət Kamera Orkestrinin konserti keçirilib.
Mayın 8-də gerçəkləşən konsertdə
bədii rəhbər və baş dirijor – Xalq artisti Fəxrəddin
Kərimovun rəhbərliyində Q.Qarayev adına Azərbaycan
Dövlət Kamera Orkestrinin müşayiəti ilə solistlər
Nicat Məmmədov (fleyta) və Fidan Əlizadə (piano)
çıxış ediblər.
Proqramda F.Şubertin “Uvertüra” (c-moll D.8),
V.A.Motsartın “Fleyta və orkestr üçün 1 nömrəli
konsert” (G-dur K.313), C.Allahverdiyevin “Tac Mahal” baletindən “Vida
adajiosu” və B.Brittenin “Frank Bridge mövzusuna variasiyalar”ı
səsləndirilib.
***
Azərbaycan Dövlət Akademik Filarmoniyasında
Ümummilli lider Heydər Əliyevin anadan olmasının
101-ci ildönümünə həsr olunmuş konsert
keçirilib.
Mayın 10-da təşkil olunan konsertdə dirijor
Əməkdar incəsənət xadimi Elşad
Bağırovun rəhbərliyi ilə Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestri
çıxış edib.
Proqramda Ü.Hacıbəylinin “Koroğlu”
operasından “Uvertüra”, Q.Qarayevin “3 nömrəli simfoniya” və
“İldırımlı yollarla” baletindən 2 nömrəli
süitası ifa olunub.
Təqdim edilən musiqi nömrələri Azərbaycan
mədəniyyətinin himayədarı olmuş Ümummilli
lider Heydər Əliyevin əziz xatirəsinə ehtiramın
ifadəsi kimi səslənib.
Mədəniyyət.- 2024.- 15 may, ¹37.- S.5.